Super Liqa klubunda baş məşqçi istefası
Türkiyənin Super Liqa klublarından “Fatih Karagümrük” baş məşqçi Volkan Dəmirəllə yollarını ayırıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 40 yaşlı mütəxəssis özü məlumat verib. O, klub rəhbərliyi ilə görüşərək, qarşılıqlı anlaşma ilə “Fatih Karagümrük”dən ayrılıb.
Dəmirəlin Super Liqa klubu ilə hələ iki illik müqaviləsi olmasına baxmayaraq, o, postunu vaxtından əvvəl tərk edib.
“Fatih Karagümrük” son mövsümdə Super Liqanı 57 xalla 8-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin