Super Liqa klubunda baş məşqçi ayrılığı

Türkiyənin “Sivasspor” komandası baş məşqçisiz qalıb.

Komanda.az xəbər verir ki, 2019-cu ildən bu komandaya rəhbərlik edən Rıza Çalımbay klubdan ayrılıb.

O, bu qərarını Super Liqanın 2022/23 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutan “Kayserispor”la ev oyunundan (1:1) sonrakı mətbuat konfransında açıqlayıb.

60 yaşlı mütəxəssin klubla müqaviləsinin müddəti başa çatıb. O, işini davam etdirmək istəmədiyi üçün tərəflər vidalaşmaq məcburiyyətində qalıblar.

Çalımbay 2010-2013-cü illər aralığında da “Sivasspor”a rəhbərlik edib. Bu klub ötən mövsüm Çalımbayın rəhbərliyi altında tarixində ilk dəfə Türkiyə Kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button