Super Liqa klubunda baş məşqçi ayrılığı

Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Mehmet Altıparmak ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Son turda “Trabzonspor”a səfərdə 4:3 hesabıyla qalib gələn komandanın baş məşqçisiz qalması gözlənilməz olub. Həm klub, həm də baş məşqçi bu ayrılığı aralarındakı fikir ayrılığının səbəb olduğunu bəyan edib.

Mehmet Altıparmak bu mövsümün əvvəlindən “Kasımpaşa”nı çalışdırırdı. Onun rəhbərliyi altında 7 oyuna çıxan komanda 11 xal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button