Super Liqa klubunda baş məşqçi dəyişikliyi
“İstanbulspor” baş məşqçisi Hakan Yakınla yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubu məlumat yayıb.
46 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Yakın ötən ilin oktyabrından Super Liqa təmsilçisini çalışdırırdı.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Bundan sonra İstanbul təmsilçisini Osman Zeki Korkmaz çalışdıracaq. 41 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmır. O, daha öncə 2021-2022-ci illərdə də bu komandaya rəhbərlik edib.
İstanbul komandası bu mövsüm ölkə çempionatında 7 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin