Super Liqa klubunda baş məşqçi istefası
Türkiyənin “Hatayspor” komandasının baş məşqçisi Ömər Ərdoğan istefa verib.
Komanda.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu qərarını Super Liqanın 38-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunundan sonra açıqlayıb.
O, komandasının 4:1 hesabıyla qalib gəldiyi maçtın ardından jurnalistlərlə söhbətində Hatay təmsilçisindən ayrılacağını bəyan edib. Ərdoğan 2020-ci ildən bu komandaya rəhbərlik edirdi.
“Hatayspor” geridə qalan mövsümdə 38 oyuna topladığı 53 xalla 20 iştirakçı arasında 12-ci olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin