
Super Liqa klubunda baş məşqçi istefası
Türkiyənin “Ankaragücü” klubunun baş məşçqisi Ömər Ərdoğan istefa verib.
Komanda.az xəbər verir ki, o, Super Liqanın 23-cü turu çərçivəsində baş tutan “Fatih Karagümrük”lə matçdan sonra postundan ayrıldığını açıqlayıb.
Buna komandanın sözügedən matçda 0:2 hesablı məğlubiyyəti səbəb olub. Bu, son beş matçda üçüncü məğlubiyyət olub.
Ankara təmsilçisi Super Liqada 21 turdan sonra 22 xalla 13-cü pillədə qərarlaşıb.
Ərdoğan 2022-ci iliin yayından bu komandaya rəhbərlik edirdi. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da da baş məşqçi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin