Super Liqa klubunda baş məşqçi istefası

Türkiyənin “Rizəspor” klubu baş məşqçisi Okan Burukla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi ilə görüşən 45 yaşlı mütəxəssis ayrılmaq istədiyini bildirib. Rəhbərlik artıq onun istefasını qəbul edib.

Okan Buruk “Rizəspor”u geridə qalan mövsümdə Super Liqanın 7-ci turundan çalışdırırdı. Baş məşqçi postunda İbrahim Üzülməzi əvəz edən mütəxəssisin rəhbərliyi altında 32 oyuna 11 qələbə qazanan Rizə təmsilçisi, 12 heç-heçəyə razılaşıb, 9 qarşılaşmada isə məğlub olub. İlk dövrəni 12 xalla 18 iştirakçı arasında sonuncu pillədə başa vuran “Rizəspor” mövsümü 41 xalla 11-ci yerdə bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button