Super Liqa klubunda baş məşqçi ayrılığı
Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Şenol Canla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssis bu ilin mart ayından Super Liqa komandasını çalışdırırdı.
“Kasımpaşa” dünən Super Liqanın yeni mövsümdə ilk turu çərçivəsində səfərdə “Hatayspor”la heç-heçə (1:1) edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin