Super Liqa klubunda ayrılıq

Türkiyənin “Qaziantep” klubu yarımmüdafiəçisi Güray Vural ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı vingerin klubla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə bağlamaq istəməyiblər. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib. Vural da sosial şəbəkə hesabında Qaziantep təmsilçisi və onun azarkeşləri ilə vidalaşıb.

Qeyd edək ki, Güray Vural 2019-cu ilin yayından “Qaziantep”in uğurları üçün çalışırdı. Türkiyə millisində də oynamış futbolçu, daha öncə “Akhisarspor”, “Kayserispor”, “Trabzonspor” və “Dənizlispor”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button