Super Liqa klubunda ayrılıq
Türkiyənin “Fatih Karagümrük” klubu müdafiəçisi Stiven Kokerlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əslən Syerra Leonedən olan 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Koker bu ilin avqustunda “Fənərbaxça”dan “Fatih Karagümrük”ə keçmişdi. O, bu komandada cəmi 7 oyuna çıxıb, 1 qol vurub.
Koker 2019-cu ildən Türkiyədə çıxış edirdi. O, qardaş ölkədə “Alanyaspor” və “Qaziantep”də də oynayıb. Təcrübəli oyunçu daha öncə “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun”, “Dandi Yunayted” və KPR klublarında da forma geyinib, Syerra Leone yığmasında 10 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin