Super Liqa klubunda ayrılıq

Türkiyənin “Göztəpə” klubu Serdar Gürler ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyanın “Hueska” klubundan 1.5 illik icarəyə götürülən futbolçu ilə anlaşmanın müddəti uzadılmayıb. 28 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Fransada anadan olsa da, Türkiyə yığmasının uğurları üçün çalışmış Serdar Gürler “Soşo”nun yetirməsidi. O, karyerası ərzində “Elazığspor”, “Trabzonspor”, “Kayseri Erciyesspor”, “Gənclərbirliyi” və “Osmanlıspor”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button