Super Liqa klubunda argentinalı futbolçu
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqanın yeni təmsilçisi argentinalı yarımmüdafiəçi Lukas Kastronu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lukas Kastro geridə qalan mövsümün ikinci dövrəsini Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”də keçirib. Argentinalı vinger peşəkar karyerasına ölkəsinin “Ximnasiya La Plata” klubunda başlayıb. Daha sonra Argentinanın “Rasinq” klubunda forma geyinən futbolçu, İtaliyada SPAL, “Kalyari”, “Kyevo”, “Kataniya”nın da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin