Super Liqa klubunda 4,5 illik müqavilə
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Altınordu”dan Alican Özfeslini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçuyla 4,5 illik müqavilə imzalanıb. Amma sözügedən futbolçu yeni klubuna yayda qoşulacaq. Alican mövsümün sonuna qədər icarə əsasında “Altınordu”da çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin