Super Liqa klubunda 4 saatlıq baş məşqçi
Türkiyənin “Kasımpaşa” klubu bu gün baş məşqçi vəzifəsinə gətirdiyi İbrahim Üzülməzlə müqaviləyə xitam verib.
Komanda.az xəbər verir ki, İstanbul klubu 45 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzaladıqdan 4 saat sonra onunla yollarını ayırıb.
Türkiyə mətbuatına açıqlama verən Üzülməz, buna klub rəhbərliyi ilə aralarında yaranmış fikir ayrılığının səbəb olduğunu bildirib:
“Müqavilə imzalandıqdan sonra klubun növbəti mövsümdəki hədəfləri və transfer siyasəti barədə fikirlərimiz üst-üstə düşmədi. Buna görə də yolları ayırdıq. Hər kəs üçün xeyirli olsun”.
Qeyd edək ki, “Kasımpaşa” geridə qalan mövsümdə Super Liqanı 39 xalla 14-cü pillədə tamamlayıb. Komandanı son olaraq sabiq “Xəzər Lənkəran”lı Mustafa Dənizli çalışdırırdı. İbrahim Üzülməz isə Azərbaycan yığmasının sabiq hücumçusu “Gənclərbirliyi”ni Super Liqaya çıxardıqdan sonra gözlənilmədən bu klubla yollarını ayırmışdı.
Bizi Facebook-da izləyin