Super Liqa klubunda 3 yeni imza

Türkiyənin “Alanyaspor” klubu heyətinə qatdığı üç yeni futbolçu üçün təqdimat mərasimi təşkil edib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Xuma Babakar, Fransua Mubandje və Ahmet Çağrı Güneyi ictimaiyyətə təqdim edib.

Alanya təmsilçisi Babakarı İtaliyanın “Sassuolo” klubundan satınalma şərti ilə 1.5 illik icarəyə götürüb. 27 yaşlı seneqallı hücumçu yeni komandasında “10” nömrəli formanı geyinəcək. “Fiorentina”nın yetirməsi olan Babakar, 2018-ci ildən “Sassuolo”da çıxış edir. O, karyerası ərzində “Rasinq”, “Padova”, “Modena”, “Leççe” kimi klublarda da forma geyinib.

İsveçrəli sol cinah müdafiəçisi Fransua Mubandje isə Zaqreb “Dinamo”sundan bir illik icarəyə götürülüb. 30 yaşlı futbolçu 2019-cu ildən “Dinamo”da forma geyinir. O, daha öncə “Tuluza”, “Servett” və “Meyrin” klublarında da çıxış edib. Müdafiəçi İsveçrə yığmasında 21 oyun keçirib.

Ahmet Çağrı Güney isə “Bursaspor”dan satınalma şərti ilə 2 illik icarəyə götürülüb. Bursa təmsilçisinin öz yetirməsi olan 17 yaşlı qolkiper, “Alanyaspor”da ehtiyat qapıçı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button