Türkiyə klubunda 2 nəfər koronavirusa yoluxdu
Türkiyənin “Ankaragücü” klubunda daha iki nəfər koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, bir futbolçu və bir klub işçisinin koronavirus testinin pozitiv nəticələndiyi qeyd olunub. Koronavirusa yoluxan şəxslər karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin