Super Liqa klubu yeni baş məşqçisini açıqladı

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu bu vəzifəyə Hakan Keleşin təyin edildiyini açıqlayıb.

Sonuncu dəfə ötən mövsüm “Konyaspor”u çalışdırmış 52 yaşlı çalışdırıcı ilə müqavilə imzalandığı bildirilib.

“Kasımpaşa”nın baş məşqçisi Sami Uğurlu bir neçə gün öncə sözügedən klubdan ayrılaraq “Alanyaspor”a keçmişdi.

İstanbul təmsilçisi Super Liqada topladığı 14 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button