Super Liqa klubu yenə baş məşqçisiz qaldı

Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Cihat Arslan istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Bu mövsüm keçirdiyi 10 oyunda cəmi 6 xal toplamış komanda, son üç oyunundan məğlubiyyətlə ayrılıb. Bu üzdən də klub rəhbərliyi cari mövsümdə ikinci dəfə baş məşqçi istefasına əl atıb.

“Kasımpaşa” bu mövsüm Super Liqada baş məşqçisini istefaya göndərən ilk klub idi. Bu komanda hələ ilk turdan sonra Şenol Can ilə yollarını ayırmış, onun əvəzində bu posta Cihat Arslanı gətirmişdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 9 oyuna çıxıb, 1 qələbə qazanıb, 2 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button