Super Liqa klubu Sərgən Yalçınla yolları ayırdı
Türkiyənin “Alanyaspor” klubu baş məşqçisi Sərgən Yalçınla yolları ayırıb.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 47 yaşlı mütəxəsisllə yeni müqavilə barədə razılığa gələ bilməyib. Bu üzdən də tərəflər yollarını ayırmağa qərar veriblər.
Sergen Yalçın ötən ilin noyabrından bu komandanı çalışdırırdı. “Alanyaspor” geridə qalan mövsümdə Super Liqanı 44 xalla 9-cu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin