Super Liqa klubu “sükan”ı idman direktoruna tapşırdı
Türkiyə Super Liqasında yerini qorumaq uğrunda mübarizə aparan “Konyaspor”un yeni baş məşqçisinin adı məlum olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fahrudin Ömeroviçlə yollarını ayıran komandanın “sükan”ı mövsümün sonuna qədər idman direktoru Ali Çamdalıya tapşırılıb.
“Konyaspor” sona 4 həftə qalmış Super Liqada 36 xalla 16-cı pillədə qərarlaşıb. Komandanı aşağı liqadan cəmi iki xal ayırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin