Super Liqa klubu serb legioneri ilə vidalaşdı

Türkiyənin “Ankaragücü” klubu yarımmüdafiəçisi Luka Adziçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə serb futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. 22 yaşlı yarımmüdafiəçi Türkiyə klubundan ayrılaraq Niderlandın “Emmen” komandasına keçib.

Qeyd edək ki, “Ankaragücü” Luka Adziçi mövsümün əvvəlində Belçikanın “Anderlext” klubundan icarəyə götürmüşdü. Yarımmüdafiəçi bu komandanın heyətində Super Liqa çərçivəsində 11 matç keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button