Super Liqa klubu seneqallı müdafiəçi ilə gücləndi

Türkiyədəki dəhşətli zəlzələdən sonra bu mövsümün sonuna kimi Super Liqadan çəkilən “Qaziantep”də daha bir ayrılıq qeydə alınıb.

Komanda.az xəbər verir ki, Seneqal yığmasının müdafiəçisi Papi Djilobodji “Kasımpaşa”ya keçib.

İstanbul klubu 34 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.

Djilobodji 2019-cu ildən oynadığı “Qaziantep”də 129 oyuna 15 qol vurub. O, “Dijon”, “Sanderlend”, “Verder”, “Genqam” və “Çelsi” kimi klubların da formasını geyinib, Seneqal millisində 17 oyun keçirib.

“Kasımpaşa” buna qədər “Qaziantep”də qapıçı Günay Güvenç ilə yarımmüdafiəçi Mustafa Eskihellaçı da icarəyə götürmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button