Super Liqa klubu “Şaxtyor”un hücumçusu ilə gücləndi

Türkiyənin “Ümraniyəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Nigeriya millisinin və Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayodeni heyətinə cəlb edib.

29 yaşlı forvard bu mövsümün sonuna kimi icarə əsasında bu komandada çıxış edəcək.

Kayode daha öncə icarə əsasında Türkiyənin “Qaziantep” və “Sivasspor” klublarında da çıxış edib. “Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunmuş nigeriyalı forvard “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button