Super Liqa klubu sabiq baş məşqçisini geri qaytardı

Türkiyənin “Göztəpə” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sabiq çalışdırıcısı Tamer Tuna ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Artıq Tuna ilə 3,5 illik müqavilə imzalanıb. 9 aylıq fasilədən sonra yenidən “Göztəpə”yə qayıdan 42 yaşlı mütəxəssis 2017/18 mövsümündə də bu komandanı çalışdırmışdı. Onun rəhbərliyi altında İzmir klubu mövsümü 49 xalla 6-cı pillədə başa vurmuşdu.

Bu mövsüm isə komanda 25 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Tunanın qarşısına “Göztəpə”ni qalan 11 tur ərzində elitada saxlamaq hədəfi qoyulub.

Son 6 oyundan 5-də uduzan İzmir təmsilçisini son olaraq Kemal Özdeş çalışdırıb. O, uğursuz gedişat səbəbindən bir neçə gün öncə istefaya göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button