Super Liqa klubu Prosineçkini onunla əvəzlədi

Türkiyənin “Dənizlispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Yalçın Koşukavak çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə müqavilənin müddəti mövsümün sonuna qədərdir.

Koşukavak son olaraq 1-ci liqa təmsilçisi “Altay”ı çalışdırıb. O, “İstanbulspor”, “Qaziantep” və “Bursaspor”a da rəhbərlik edib.

Xatırladaq ki, “Dənizlispor” bu mövsümə Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında start versə də, bir müddət öncə uğursuz nəticələrə görə xorvat mütəxəssislə yollarını ayırmağa qərar vermişdi. Dənizli təmsilçisi Super Liqada 12 turdan sonra 21 kollektiv arasında 20-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button