Super Liqa klubu polşalı qapıçı transfer etdi

Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı qapıçı Yakub Şumskini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq ölkəsinin “Rakov” klubunun formasını geyinmiş 28 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Varşava “Legiya”sının yetirməsi olan Şumski, sonralar “Pyast” və “Zaqlenbe” klublarında da forma geyinib. O, 2018-ci ildən “Rakov”un uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button