Super Liqa klubu norveçli futbolçu ilə gücləndi

Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi norveçli yarımmüdafiəçi Fredrik Ulvestadı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Ulvestad peşəkar karyerasına yetirməsi olduğu “Olesund” klubunda başlayıb. O, sonralar “Bernli”, “Çarlton Atletik”, “Yurqarden”, “Qinqdao” klublarında da forma geyinib. Ulvestad Norveç yığmasında da 4 oyun keçirib. Bütövlükdə karyerası ərzində 267 matça çıxmış yarımmüdafiəçi, 39 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button