Super Liqa klubu Namik Ələskərovu istəyir

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov Türkiyədə komandasını dəyişə bilər.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda “Bursaspor”da çıxış edən 27 yaşlı futbolçu “Sivasspor”un maraq dairəsinə düşüb.

“Bursaspor” aşağı liqaya düşəcəyi təqdirdə, Ələskərovun müqaviləsi avtomatik olaraq pozulacaq. Belədə yarımmüdafiəçi “Sivasspor”a azad agent kimi keçə bilər. Bursa təmsilçisi 1-ci Liqada qalacağı halda isə Rza Çalımbayın baş məşqçi olduğu komanda yığma üzvünü müəyyən təzminat məbləği qarşılığında heyətinə qatacaq.

İddiaya görə, Sivas klubu ilə yanaşı, Super Liqanın daha bir neçə təmsilçisi azərbaycanlıə oyunçunu heyətində görmək istəyir. Futbolçunun özü də Türkiyədə qalmaq niyyətindədir.

Ələskərov hazırda 6 qolla “Bursaspor”un ən sərrast futbolçusudur. Onun komandası 35 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button