Super Liqa klubu məşqləri bərpa etdi

Türkiyənin “Göztəpə” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə futbolçuların klub rəhbərliyi tərəfindən hazırlanan xüsusi qaydalara əməl etməklə məşqlərə başladığı diqqətə çatdırılıb. Belə ki, komanda üzvləri beş qrupa bölünüb. Qruplardan biri öncədən müəyyənşdirilən saatlarda klubun bazasına gəlib, məşqlərini etdikdən sonra, oradan ayrılır və növbəti qrupun hazırlığına start verilir.

Hələlik, bazada paltardəyişmə otaqları, duş, yeməkxana və digər xidmətlər fəaliyyət göstərmir. Oyunçuların hər gün temperaturu yoxlanılır. İşçi heyətindən də ən vacib olanların xidmətindən istifadə olunur. Məşq saatlarını çıxmaq şərtilə, futbolçular da daxil olmaqla, hər kəsin qoruyucu maskalardan istifadə etməsi tələb olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button