Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi makedoniyalı yarımmüdafiəçi Luka Stankovskini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 4.5+1 illik müqavilə imzalanıb.
Luka Stankovski Şimali Makedoniyanın “Rabotniçki” klubunun yetirməsidir. O, ölkəsinin U-21 millisinin də formasını geyinir.
“Qaziantep”in bu transfer üçün “Rabotniçki”yə 800 min avro ödədiyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin