Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Kerem Atakan Kesgini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Geridə qalan mövsümü “Göztəpə”də keçirən 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Kerem Atakan “Bucaspor”un yetirməsidir. Türkiyənin U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi, 2018-ci ildən “Göztəpə”nin formasını geyinirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin