Super Liqa klubu milli üzvü ilə gücləndi

“Ankaragücü” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin və İtaliyanın “Verona” klubunun mərkəz müdafiəçisi Mert Çetini heyətinə qatıb.

26 yaşlı futbolçu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

“Gənclərbirliyi”nin yetirməsi olan Mert Çetin karyerası ərzində “Hacettepe”, “Roma”, “Kayserispor”, “Leççe” və “Adana Dəmirspor” kimi klublarda da oynayıb. O, Türkiyə millisində də 1 matç keçirib. Futbolçu 2020-ci ilin yayında cəlb olunduğu “Verona”da cəmi 10 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button