Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi venesuelalı müdafiəçi Vilker Anxeli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Anxel 2016-cı ildən Rusiyanın “Axmat” (Qroznı) klubunun formasını geyinirdi. Müdafiəçi daha öncə ölkəsində “Truxilyanos” və “Deportivo Taçira” klublarının da formasını geyinib. Venesuela yığmasının üzvü olan futbolçu, millidə 27 matç keçirib, 2 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin