Super Liqa klubu milli üzvü ilə gücləndi
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Konyaspor”dan Deni Miloşeviçi, “Qaziantep”dən isə Güray Vuralı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Vuralla 2, Miloşeviçlə 3 illik müqavilə imzalanıb.
Güray Vural 2019-cu ildən “Qaziantep”də çıxış edirdi. 33 yaşlı vinger bu komandanın heyətində meydana çıxdığı 66 matçda 6 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Türkiyə millisində də oynamış futbolçu, əvvəllər “Kayserispor”, “Trabzonspor”, “Akhisarspor” və “Dənizlispor”un da formasını geyinib.
Deni Miloşeviç isə 2016-cı ildən “Konyaspor”un uğurları üçün çalışırdı. 26 yaşlı futbolçu bu komandanın heyətində 190 matça çıxıb, 17 qola imza atıb. Bosniya və Herseqovina yığmasının da üzvü olan futbolçu, daha öncə Belçikada “Standard” və “Vasland-Beveren” klublarında çıxış edib.
Bizi Facebook-da izləyin