Super Liqa klubu Kuaresma ilə yollarını ayırdı

Türkiyənin “Kasımpaşa” klubu yarımmüdafiəçisi Rikardo Kuaresma ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, 36 yaşlı oyunçu ötən yaydan formasını geyindiyi “Kasımpaşa”da 26 matçda 4 qol vurub. Kuaresma 2010-2012 və 2015-2019 illəri aralığında “Beşiktaş”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button