Super Liqa klubu italiyalı baş məşqçisi ilə vidalaşdı

Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssislə Super Liqa təmsilçisi arasındakı müqavilənin müddəti başa çatıb.

Tərəflər yeni müqavilə ilə bağlı maddi məsələlərdə anlaşa bilmədikləri üçün vidalaşıblar. Bunu klub prezidenti Murat Sancak bəyan edib.

Montella 2021-ci ilin sentyabrından “Adana Dəmirspor”a rəhbərlik edirdi. Komanda 48 yaşlı mütəxəssisin rəhbərliyi altında Super Liqada geridə qalan mövsümü 69 xalla 4-cü pillədə başa vurub və Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button