Super Liqa klubu İsveç millisinin sabiq üzvü ilə vidalaşdı
Türkiyənin “Gənclərbirliyi” klubu isveçli müdafəçisi Mattias Byarsmirlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı futbolçu klub rəhbərliyinə müraciət edərək, ayrılmaq istədiyini bildirib. Bu üzdən də tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.
Xatırladaq ki, İsveç millisinin sabiq üzvü 2019-cu ilin avqust ayında transfer olunduğu Super Liqa klubu ilə 1 illik müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin