Super Liqa klubu iki legionerlə gücləndi

“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı qapıçı Helton Leyte və makedoniyalı yarımmüdafiəçi Erdal Rakipi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Heltonla 1.5, Erdalla 2.5 illik müqavilə imzalanıb.

İsveçdə dünyaya göz açmış Erdal Rakip peşəkar karyerasına da yetirməsi olduğu “Malmö”də başlayıb. 2018-2019-cu illər aralığında “Benfika” və “Kristal Pelas” kimi klubların heyətinə cəlb olunan yarımmüdafiəçi, bu komandalarda forma şansı qazanmayıb. Bu üzdən də o, 2019-cu ildə yenidən “Malmö”yə qayıdıb. 26 yaşlı futbolçu bu komandada 257 oyuna çıxıb, 22 qol vurub. İsveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erdal, 2021-ci ildən Şimali Makedoniya millisinə cəlb olunur.

Helton Leyte isə 2020-ci ildən Portuqaliyanın “Benfika” klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 34 oyun keçirib. 32 yaşlı qapıçı daha öncə “Boavişta”, “San Kaetano”, “Botafoqo”, “Krisiuma”, “İpatinqa”, “Boa” və “Maluselli” kimi klublarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button