Super Liqa klubu iki legioneri ilə vidalaşdı

Türkiyənin “Gənclərbirliyi” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Mats Sentyens və sağ cinah müdafiəçisi Mike van Beynen ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər ikisi niderlandlı olan futbolçulara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Sentyenslə Beynen ötən yay “Gənclərbirliyi”nə transfer edilmişdi. Sentyens Niderlandın “AZ Alkmaar”, Beynen isə İspaniyanın “Barselona” klubundan Türkiyə təmsilçisinə gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button