Super Liqa klubu gürcü futbolçu ilə vidalaşdı

Türkiyənin “Ümraniyəspor” klubu Gürcüstandan olan yarımmüdafiəçisi Nika Qaqnidze ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qaqnidze bu ilin iyul ayında Gürcüstanın “Dila” klubundan icarə əsasında “Ümraniyəspor”a keçmişdi. O, bu komandada cəmi 3 matç keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button