Super Liqa klubu Çili millisinin üzvünü transfer etdi

Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Meksikanın “Paçuka” klubunun çilili yarımmüdafiəçisi Anxelo Saqalı transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır.

Çili yığmasının da üzvü olan Saqal, millidə 18 oyuna 2 qol vurub. O, “Paçuka”dan başqa ölkəsində “Reyncers”, “Huaçipato” və “Xuares”də də forma geyinib. Bütövlükdə karyerası ərzində 183 oyuna çıxan futbolçu 31 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button