Super Liqa klubu braziliyalı yarımmüdafiəçi ilə gücləndi
“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Türkiyə klubu vaxtilə “Fənərbaxça” və “Beşiktaş”da da oynamış Jozef de Souzanı heyətinə qatıb.
34 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. O, yeni komandasında 89 nömrəli formanı geyinəcək.
De Souza son olaraq Çin liqası komandalarından olan “Beijing Quoan”da çıxış edib. Onun bu klubla müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusundaydı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin