Super Liqa klubu braziliyalı futbolçuları ilə vidalaşdı
Türkiyənin “Göztəpə” klubu iki futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçilər – Gilyerme və Marsio Mossoro ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Portuqaliyanın “Alvarenqa” klubundan 2 illik icarəyə götürülən Gilyerme, karyerasını Çində davam etdirəcəyi üçün son dövrlərdə forma şansı qazanmırdı. O, “Göztəpə”də meydana çıxdığı 11 rəsmi oyunda 3 qolla yadda qalıb.
Mossoro isə iki mövsüm idi İzmir təmsilçisinin uğurları üçün çalışırdı. O, bu müddət ərzində 39 Super Liqa, 6 kubok matçında cəmi 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin