Super Liqa klubu baş məşqçisiz qaldı
Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Samet Aybaba ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığı diqqətə çatdırılıb. Aybabaya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Aybaba 2021-ci ilin əvvəlindən “Adana Dəmirspor”u çalışdırırdı. O, bu komandanı 26 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Mövsüm bitəndən sonra, bu ilin may ayında isə Aybaba ilə 2 illik yeni müqavilə imzalanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin