Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

“Sivasspor” klubu baş məşqçisi ilə yollarını ayırıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sivas təmsilçisi Ömər Ərdoğanla işbirliyinə son qoyub. 

Super Liqa təmsilçisi ötən il dekabrın 19-da Ərdoğanı baş məşqçi postuna dəvət etmişdi.

“Sivasspor” Ərdoğanın rəhbərliyi altında 12 oyunda 1 qələbə qazanıb, 3 dəfə bərabərə qalıb, 8 dəfə məğlub olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button