Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı

Türkiyənin “Fatih Karagümrük” futbol klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 32 yaşlı baş məşqçi bu ilin martında komandanın sükanı arxasına keçmişdi.

İstanbul təmsilçisi italiyalı məşqçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button