Super Liqa klubu baş məşqçisiz qaldı
Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Bayram Bektaşla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə Super Liqanın 7-ci turu çərçivəsində baş tutan “Rizəspor”la səfər oyunundan sonra Bayram Bektaş və onunla birgə çalışan digər məşqçilərlə yolların ayrıldığı diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıblar. Klub baş məşqçiyə və onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Bayram Bektaş “Kayserispor”a bu ilin avqustunda baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda cari mövsümdə keçirdiyi 6 oyunda cəmi 6 xal toplaya bilib və 17-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin