Super Liqa klubu baş məşqçisini istefaya göndərdi
Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Super Liqanın 9-cu turunda səfərdə “Göztəpə”yə 1:3 hesablı məğlubiyyətin ardından klub rəhbərliyi baş məşqçi ilə qarşılıqlı razılıq əsasında istefa qərarı alıb. Fuat Çapaya xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, “Ankaragücü” bu mövsüm Çapanın rəhbərliyi altında 7 oyunda cəmi 2 heç-heçəyə nail olub. Komanda 2 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin