Super Liqa klubu 8 transferi birdən açıqladı

Ötən gün transfer qadağası ləğv olunan Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, bu qərarın rəsmiləşməsini gözləyən Super Liqa klubu bu yay razılığa gəldiyi oyunçuların adlarını açıqlayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxt təmsilçisi 8 futbolçu ilə razılığa gəlib. Bunlar Luka Adziç, Erdi Dikmen, Jozef Peyntsil, Şahverdi Çetin, Zvonimir Şarliya, Atakan Çankaya, Mücahit Can Akçay və Conatan Bolinqidir. Sözügedən oyunçular üçün bu gün imza və təqdimat mərasimi də təşkil olunub.

22 yaşlı yarımmüdafiəçi Atakan Çankaya “Ankaraspor”dan, 23 yaşlı müdafiəçi Erdi Dikmen “Ankara Keçiörengücü”ndən, 24 yaşlı xorvat müdafiəçi Zvonimir Şarliya “Slaven Belupo”dan, 19 yaşlı yarımmüdafiəçi Şahverdi Çetin Frankfurt “Ayntraxt”ından, 22 yaşlı hücumçu Mücahit Can Akçay “Konyaspor”dan transfer olunub. Bu beş futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Luka Adziç “Anderlext”dən, Jozef Peyntsil “Genk”dən, Conatan Bolinqi isə “Antverpen”dən icarəyə götürülüb.

“Ankaragücü”nün öz yetirməsi olan, bu mövsümdən əsas komandaya yüksələn 18 yaşlı müdafiəçi Murat Sipahioğlu ilə də peşəkar müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button