Super Liqa klubu 3 transferi birdən açıqladı

“Alanyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Vitoriya Gimaraynş” klubundan Davidson Pereyranı, “Beşiktaş”dan Fatih Aksoyu, “Yeni Malatyaspor”dan isə Ufuk Ceylanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ufuk Ceylanla 1, Davidson Pereyra ilə 3, Fatih Aksoyla 5 illik müqavilə imzalanıb.

Qapıçı olan Ufuk, daha öncə “Altay”, “Manisaspor”, “Qalatasaray” və “Başakşəhər” klublarında da forma geyinib. 34 yaşlı qolkiper 2017-2019-cu illər aralığında da “Alanyaspor”da çıxış edib.

Braziliyalı Davidson “Portu de Karuaru”, “Qalisiya”, “Fortaleza”, “Yakobina”, “Santa Rita”, “Sportinq” (Kovilya) və “Şaviş” klublarında da forma geyinib. 29 yaşlı futbolçu hücumun cinahlarında çıxış edir.

Fatih Aksoy isə “Beşiktaş”ın yetirməsidir. O, geridə qalan mövsümü “Sivasspor”da icarədə keçirib. 22 yaşlı futbolçu mərkəz müdafiəçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button